Böyükağa Hacıyev: "Neftçi"yə baş məşqçi təyin olundum və mənə dedilər ki.."

12:57 28 Aprel 2015

“Neftçi”nin kemiş baş məşqçisi Böyükağa Hacıyev "Xəzər TV"-də yayımlanan "Futbol saatı" verilişin maraqlı fikirlər səsləndirib:

 

SportArena.az xəbər verir ki, Hacıyev "Neftçi" haqqında danışarkən diqqətçəkən məsələlərə toxunub: 

"Neftçi"yə baş məşqçi təyin olundum və mənə dedilər ki, komandanın oyun stilini nə qədər vaxta tam dəyişə bilərsən? Mən onlardan cəmi 3 ay vaxt istədim, artıq bir aydan sonra komanda başqa oyun nümayiş etdirirdi. Futbol fəlsəfəmdə bir şey var ki. futbolçulara azadlıq verirdim. Futbolçu robot deyil, proqramı yaz qoy peysərinə o da qaçsın. Erik Ramos kimi" aporno" Azərbaycanda yoxdu, amma onu oynatmaq lazımdır.  Futbolda təsadüf cəmi bir- iki dəfə olur. Əgər ardıcıl olaraq uğurlar əldə edirsənsə, deməli, işini düzgün qurmusan".


Digər xəbərlər

Xəbər xətti