Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
SportArena.az xəbər verir ki İK Premyer Liqanın 31-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib. Azərbaycan Premyer Liqasının XXXI turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 45+1-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Elvin Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Neftçi” matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun 2 futbolçusu Karlos Kardoso idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Adıçəklilən futbolçu İntizam Komitəsinin 7 aprel 2015-ci il tarixli qərarı ilə iki oyunu şərti cəza olmaqla 3 oyun cəzalandırılmışdır. Lakin futbolçu ona verilən 6 aylıq sınaq müddəti ərzində yenidən cəzalandığı üçün 2 oyunluq şərti cəza avtomatik olaraq qüvvəyə minib.