"Neftçi"də gərginlik - FUTBOLÇULAR OYNAMAQ İSTƏMİRLƏR

14:41 28 Aprel 2015

“Neftçi” klubunda futbolçular arasında gərginlik var.

 

SportArena.az stadium.az-a istinadən xəbər verir ki, buna səbəb isə mövsümün sonunda komandadalı legionerlərin heyətdən getməsiylə bağlıdır. İş ondadır ki, komandada çıxış edən legioner futbolçulardan Ernest Nfor, Nikolas Kanales, Karlos Kardoso, Julius Vobay, Denis Silva və Saşa Stamenkoviçin müqaviləsi mövsümün sonunda bitir.  Və bu futbolçular son bir ayda meydanda yaxşı futbol sərgiləmirlər. Bu məqam isə baş məşqçi Arif Əsədovu bərk narahat edir. Vaxtilə özü də futbolçu olan Əsədov yaxşı bilir ki, mövsüm sonu müqaviləsi başa çatan oyunçu komandada qalmayacağını bildikdə risk etmir. Yəni zədələrdən çəkinərək oyunlara ciddi yanaşmırlar. Bu məqam da “Neftçi”nin son oyunlarında özünü açıq şəkildə biruzə verir.

Aldığımız məlumata görə, bununla bağlı legionerlər narahatlıq keirdiklərini baş məşqçi Arif Əsədova bildiriblər. Əsəsdov isə onlara rəhbərliyin sözün çatdıraraq bildirib ki, "qarşıdakı oyunlar sizin üçün bir sınaqdır. Kim özün yaxşı tərəfdən göstərsə, "Neftçi"də qalmağa layiq olduğu isbatlaya bilsə düşərgədə qalacaq". Baş məşqçinin bu sözü isə peşəkar oyunçuları hiddətləndirib və onlar narazılıqlarını çox kəskin şəkildə bildiriblər.

 

Komandada olan futbolçulardan ancaq çünün müqaviləsi hələ davam edəcək. Bunlardan biri Flavinyodur ki, braziliyalı futbolçu zədə səbəbindən mövsümü başa vurub. Müqaviləsi mövsümün sonunda bitməyəcək və hazırda heyətdə çıxış edən yalnız Erik Ramosla Sesilio da Silva Kauedir.


Digər xəbərlər

Xəbər xətti