“Bavariya” klubunun qapıçısı Pepe Reyna Çempionlar Liqasında “Barselona”yla yarımfinal matçının çətin olcağını deyib.
SportArena.az xəbər verir ki, qolkiper kataloniyalıların hücum xəttində güclü futbolçuların yer aldığını bildirib:
“Barselona”ya qarşı oynamaq çətin olacaq. Rəqibin heyətində güclü futbolçular yer alır. Demək olar ki, “Barselona”nın hücum xətti dünyada ən güclüdür. Bizim yeganə üstünlüyümüz ondadır ki, Almaniyada çempion olmuşuq. “Barselona” isə La Liqada gərgin mübarizə aparır. Hardasa xal itkisinə yol verməmək üçün gücünü çempionat oyunlarına da sərf edəcək. Bu bizim xeyrimizə işləyə bilər”.