Azərbaycan teleməkanının populyar futbol proqramlarından olan "TOP TOP"un növbəti buraxılışı efirə gedib.
SportArena.az xəbər verir ki, verilişin aparıcısı Elçin Cəfərovun budəfəki qonaqları beynəlxalq dərəcəli hakim İmanxan Sultani, "sport7.az" saytının əməkdaşı Səbuhi Musayev və Zaqatalının "Simurq" klubunun azarkeşi İnqilab Soltanov olub.
İnqilab Soltanov AFFA Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədovun ünvanına sərt fikirlər səsləndirib:
"Xaqani bəyəm 70 yaşına qədər bu vəzifədə işləyəcək? Atasından qalıb ona bu iş, yoxsa babasından? İndi iş üçün harasa gedəndə, eşidəndə ki, yaşın 45-dən yuxarıdı, heç kim sənə iş vermir. Amma Xaqani Məmmədov 45 ildi ki, AFFA-da işləyir. Çıx get də! Bəsdi də Azərbaycan futbolunun başına bu qədər oyun açdın".