Bu mövsüm uğurlu çıxış edə bilməyən AZAL klubu artıq növbəti çempionatın planlarını cızır.
SportArena.az xəbər verir ki, Əhmədov ilk olaraq, "Sumqayıt"ın təcrübəli müdafiəçisi Vurğun Hüseynovu heyətinə cəlb etməyə çalışır. Belə ki, bu mövsüm "Sumqayıt"la müqaviləsi başa çatan Hüseynova hazırkı klubundan yeni təklif də gəlməyib. Belə olan halda, Vurğun Hüseynovun AZAL-a keçməkdən başqa variantı qalmır.
Qeyd edək ki, bir müddət öncə Türkiyə PTT liqasından olan bir-neçə klub Vurğun Hüseynovu heyətinə cəlb etməyə çalışırdı.