Sabiq “Mançester Yunayted”li həbs olunur: Səbəb sağlamlığa ağır zərbə vurma

22:47 28 Aprel 2015

“Mançester Yunayted”in keçmiş qapıçısı Mark Bosniç iyunun 9-da həbs olunacaq. Buna səbəb qapıçının 2 il öncəki olayı etiraf etməsi olub.

 

SportArena.az xəbər verir ki, Mark Bosniç təxminən iki il öncə şəxsi maşını ilə velosipedçini vurmuşdu. Daha sonra tərəflər mübahisə etdiyinə görə, Mark maşını bilərəkdən həmin şəxsin üstünə sürmüşdü. Ağır xəsarət alan velosipedçi dərhal xəstəxanaya çatdırılmışdı.

 

Əlavə edək ki, məhkəmə məsələ ilə bağlı yekun qərarını iyunun 9-da açıqlayacaq. Bosniçin həbs ediləcəyi dəqiqləşsə də, neçə illik azadlıqdan məhrum olunacağı hələlik bilinmir.


Digər xəbərlər

Xəbər xətti