Bu görüşün Azərbaycan derbisi adlandırıldığı xəbərdə klubun vitse-prezidenti Tahir Gözəlin qələbə sonrası təəssüratlarına yer verilib. Eyni zamanda klubun vəkili Qürur Qayə Ünal da Avroliqanın qrup mərhələsinin son turunda İtaliya “İnter”i ilə matçda sayılmayan qol ilə bağlı CAS-a (İdman Arbitraj Məhkəməsi) müraciət etdiyini bildirib. “Atlılar” bundan öncə də UEFA-ya şikayət etmişdi. Lakin UEFA tərəfindən edilən şikayət təmin olunmadığından komandanın vəkili ən ali məhkəmə qurumu olan CAS-a müraciət edib.