"Qəbələ" klubunun keçmiş çalışdırıcısı Yuri Syomin "championat.com " saytına maraqlı açıqlamalar verib.
SportArena.az xəbər verir ki, rusliyalı məşqçi "Qəbələ"nin təklfini niyə qəbul etdiyini belə izah edib:
"Uzun və darıxdırıcı səyahətlərdən bezdiyimdən və işləmək istədiyim üçün "Qəbələ"nin təklifini qəbul etdim. O zaman hamı məni qınayırdı. Ən yaxşı çempionatlardan birinə yox, Azərbaycan Premyer Liqasına getdiyim üçün tənqid olunurdum. Bilmək istəyirdim ki, komandaya, o futbolçulara faydalı olmaq gücündəyəm, ya yox? Andrey Şevçenko və ya ondan aşağı səviyyəli futbolçu ilə işləmək, əslində, eyni şeydir. Gördüm ki, istədiyimə nail oldum".