Daha bir klubumuz çökür: "Neftçi"nin borcu 2 500 000 manata çatıb

13:39 29 Aprel 2015

"Neftçi" futbolçularına bir neçə aydır ki, maaş vermir.

 

SportArena.az xəbər verir ki, artıq yığılan borclar bütövlükdə 2 500 000 manata çatıb. Bu üzdən də komanda üzvləri yaranan vəziyyətdən narazıdırlar. Onlar bir neçə dəfə klub rəhbərliyinə etirazlarını da bildiriblər. Lakin vəziyyət hələ ki, düzəlmir.

Qeyd edək ki, klubun hazırda borclu olduğu şəxlərdən biri də keçmiş prezident Sadıq Sadıqovdur. Hansı ki, o, hazırda "Neftçi"nin Müşahidə Şurasının üzvləridir.azerisport


Digər xəbərlər

Xəbər xətti