"Xəzər Lənkəran" klubu keçmiş futbolçularından FİFA-ya şikayət edib.
SportArena.az saytına danışan klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu məsələ haqqında bunları deyib:
"Biz Deyan Blajevski, Qalin İvanov və Eliasdan FİFA-ya şikayət etmişik. Çünki, onlar rəhbərliyin xəbəri olmadan icazəsiz düşərgəni tərk ediblər. Mətbuat yazır ki, guya onlar bizdən şikayət edib. Bu düzgün xəbər deyil".
Cavid ƏHMƏDOĞLU