Azərbaycan çempionatının 32-ci turunda "Simurq"la səfər oyununa çıxacaq "İnter"in düşərgəsində bir neçə itki var.
SportArena.az xəbər verir ki, paytaxt klubu zədəli olan Junior Nildo, Georgi Lomaya və Asif Məmmədovdan sonra daha bir futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.
Belə ki, ötən tur AZAL ilə matçda xəbərdarlıqla üzləşən və bununla da 4 sarı vərəqə almaqla cəzalı duruma düşən Coşqun Diniyev də Zaqatalaya aparılmayacaq.