Almaniyada faciə: Azarkeş sevincindən hər iki ayağını sındırdı

17:07 29 Aprel 2015

Almaniyada azarkeş futbol meydanında hər iki ayağını sındırıb.

 

SportArena.az xəbər verir ki, azarkeşlərdən biri sevimli “Leypsiq” futbol komandasının hücumçusu olan Daniel Franın meydana çıxdığını görəndə tribunadan yıxılıb. Belə ki, “Leypsiq” və “Darmştadt” oyununun 78-ci dəqiqəsində meydana Daniel Fran çıxıb. Azarkeş onu görməyinə o qədər sevinib ki, hətta 3 metrlik hündürlükdən yıxılaraq hər iki ayağını sındırıb.

 

Azarkeş matçı sonadək izləmədən dərhal xəstəxanaya aparılıb. Yekunda “Leypsiq” komandası 2:1 hesabı ilə qələbə qazanıb. Komanda hər iki qolu azarkeşin hadisə yerindən uzaqlaşdırılmasından sonra vurub.


Digər xəbərlər

Xəbər xətti