Dünyanın ən sürətli adamı: "Bu əla olacaq"

18:21 29 Aprel 2015

Yamaykalı sprinter Useyn Bolt sənədli filmin baş qəhramanı olacaq.

 

SportArena.az xəbər verir ki, hazırda filmin mövzusu haqda tam məlumat olmasa da, böyük ehtimalla idmançının 2016-cı ildə Rio-de-Janeyroda baş tutacaq Olimpiya oyunlarına hazırlığı haqda olacağı təxmin olunur. Filmin rejissorları 1992-ci ildə "Mançester Yunayted" haqda "Klass-92" filmini ərsəyə gətirən Qeyb və Ben Ternerlərdir.

 

Filim çəkilişi öncəsi Bolt hisslərini belə dilə gətirib: "Bu proyekt ilə bağlı çox həyəcanlıyam. Qeyb və Benin işləri haqda eşidəndə, hiss etdim ki, onlar mənim tarixim və Rio-2016 səfərimi lentə alacaq doğru insanlardılar. Bu əla olacaq".


Digər xəbərlər

Xəbər xətti