"Mançester Siti"nin bosniyalı forvardı Edin Dzeko karyerasını Almaniyada davam etdirə bilər.
SportArena.az xəbər verir ki, Dortmund "Borussiya"sı Dzekonu heyətinə qatmaq üçün İlkay Gündoğanı da verməyə hazırdı. Bu barədə türk futbolçunun meneceri məlumat verib.
Qeyd edək ki, 24 milyon avro dəyəri olan 29 yaşlı futbolçu bu mövsüm "şəhərlilər"in heyətində çıxdığı 32 matçda 6 qol və 3 asistlə yadda qalıb.