İnterAz telekanalında yayımlanan "Arena" verilişində qonaq olan keçmiş FİFA referisi Babək Quliyev maraqlı açıqlamaları ilə yadda qalıb.
SportArena.az xəbər verir ki, Quliyev HK-nin sədri Xaqani Məmmədov haqqında danışarkən bunları deyib:
"Kubok və çempionat matçlarında hakimlərimizin etdiyi kobud səhvlər hələ də hakimliklə bağlı çox böyük problemlərin olduğunu göstərir. Bu problemləri müzakirə edərkən də, HK-nin sədri deyir ki, "mənim vəzifəmdə gözü olanlar var". Elə bil ki, Xaqani Məmmədov bu vəzifəni, kreslonu evindən gətirib".
Cavid ƏHMƏDOĞLU