"Neftçi"də çalışan işçilərin bir qismi ixtisara salınır.
SportArena.az xəbər verir ki, buna səbəb AFFA-nın baş katibi Elxan Məmmədovun göstərişləri olub. Belə ki, klubun fəhlələri, formaları yuyan qadın işçilər, texniki işçilər və xadimələr artıq işdən tam azad olunublar.
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxışlarında bildirmişdi ki, "Neftçi"də olan bütün dəyişikliklər Müşahidə Şurasının qərarı ilə olacaq. Və bu qərarlar haqqında mətbuata açıqlamalar veriləcək. Hadisələrin belə gedişatı göstərir ki, "Neftçi"nin Müşahidə Şurası qərar qəbul etməyə səlahiyyəti çatmır və bu şura futbol adamlarını və xalqı aldatmaq üçün yaradılıb.
Cavid ƏHMƏDOĞLU