"Neftçi"nin son günlərdə düşdüyü acınacaqlı vəziyət futbolçuların gündəlik həyatına da təsirsiz ötüşməyib.
SportArena.az-a daxil olan xəbərə görə, legioner futbolçular üçün kirayələnən evlərin pulunu 4 aydır verməyən paytaxt klubu futbolçuları da pis vəziyyətdə qoyub. Belə ki, ev sahibləi bir-neçə futbolçuya son bir həftə vaxt verib ki, kirayə haqqını versinlər ya da evləri tərk etsinlər. Ancaq "Neftçi" rəhbərliyi məsuliyyəti öz üzərindən atmağa çalışır. Belə ki, rəhbərlikdən futbolçulara tapşırıq gəlib ki, kirayə haqqını özləri versinlər.
Qeyd edək ki, "Neftçi" komandaya futbolçu dəvət edəndə, onlar üçün xüsusi ev kirayə tutacaqları haqqında öhdəlik götürüb.
Cavid ƏHMƏDOĞLU