"Neftçi" "oyunlarının" növbəti qurbanı danışdı: "Hamısı icraçı direktor Elnur Məmmədovun işləridi"

11:58 30 Aprel 2015

"Neftçi"də baş verən "oyunların" daha bir qurbanı da təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayev oldu.

 

SportArena.az xəbər verir ki, 5 ildir ki, bu vəziədə çalışan Musayevə heç bir xəbərdarlıq edilmədən, onu işdən azad ediblər. Məsələ haqqında fikirlərini öyrənmək üçün, Vaiqf bəylə əlaqə saxladıq:

 

"Belə deyim də, mən səbəbin bilmirəm. Ötən gün ənənəvi olaraq işə getdim və bazada eşitdim ki, kimsə ora gəlib. Amma bununla bağlı klubdan mənə heç kim nəsə deməmişdi. Sonra öyrəndim ki, Hamlet adlı bir şəxsdi. Mənim işçimin məzuniyyət vaxtı idi. Klubda kadrlar şöbəsinə yaxınlaşıb ki, məzuniyyət götürsün. Ona bildiriblər ki, ayın birindən işə yeni rəis çıxacaq. Gözlə, o gəlib qol çəksin. Mənə həmin işçi və xadiməçilər dedi ki, “Vaqif müəllim, sizin xəbəriniz var, sizi işdən çıxardıblar?!”. Bildirdim ki, xeyr. Sonra kadrlar şöbəsinə yaxınlaşdım və aydın oldu ki, ötən gün iclas olub və orada məni işdən azad ediblər.

Bəli, indiki halda belə olmalıdı. Bu, çox qeyri-peşəkar addım idi. Müşahidə Şurası ondan ötrü yaradıldı ki, qərarı bir yox, bir neçə tanınmış şəxslər  versin. Ancaq indi Müşahidə Şurasının mənim işdən çıxarılmağımdan heç bir xəbəri yoxdu. Hamısı klubun içraçı direktoru Elnur Məmmədovun işləridi. Mənə deyəndə ki, yeni rəis ayın birindən işə çıxacaq, mən də getdim, istefa ərizəmi yazdım".


Digər xəbərlər

Xəbər xətti