"Neftçi"də son zamanlar baş verən haqsızlıqlar və özbaşınalıqlar haqqında yəqin ki, öncəki xəbərlərimizdə tanış olmusunuz.
SportArena.az-ın əldə etdiyi xəbərə görə, komanda üzvlərinin 4 aydır ki, maaş almaması və onlar üçün yaradılan süni problemlərin başına baş məsələlər qalırmış. Belə ki, klub rəhbərliyi qiyməti yüksək olan futbolçulardan canını qurtarmaq üçün bu yola əl atıb ki, onlar özləri "Neftçi"dən ayrılsın. Eyni zamanda Kanales, Nfor və digər futbolçulara hələ də yeni müqavilə təklif edilməməsinində səbəbi budur.
Klub rəhbərliyi bu gün səhər məşqində legioner futbolçuların diqqətinə bir daha çatdırıb ki, kirayə tutduqları evin pullarını onlar ödəsin. Dörd aydır maaş almayan futbolçular da bu qərara kəskin etirazini bildiriblər.
Cavid ƏHMƏDOĞLU