Nadir Qafarzadə: "İdmançı toyunda qırğın düşüb"

14:34 30 Aprel 2015

"İndiyə qədər çoх idmançı toyunu idarə etmişəm. Çoxunun adı yadımdan çıxıb. Yadımda qalanı Fərid Mansurov və olimpiya mükafatçısı Rövşən Bayramovun toylarıdı. Onların toyunu mən aparmışam". SportArena.az хəbər verir ki, bu özləri lent.az-a müğənni Nadir Qafarzadə deyib.

 

Sənətçi "İdmançı toyu nə ilə fərqlənir" sualına belə cavab verib: "İdmançı toyunda oynamaq üstündə qırğın düşüb. Saat 9-a kimi dayanmadan oxuyuram. Ondan sonra isə ritm istəyirlər. Ritmli rəqslər, diskoteka. Bir sözlə idmançı toyu fərqli və maraqlı olur".

 

Qafarzadə ən çoх sevdiyi idman növünü açıqlayıb: "Voleybolu və qaçışı çox sevirəm. Yeniyetməlik illərində daha çox voleybol oynayırdım. O illər yadıma düşəndə, nostalji hisslərə qapılıram".


Digər xəbərlər

Xəbər xətti