Sabiq "Neftçi" rəsmisi: "Neftçi" bu öhdəliyi öz üzərindən atırsa..."

22:43 30 Aprel 2015

Xəbər verdiyimiz kimi, "Neftçi" rəhbərliyi 4 aydır ki, futbolçuların maaşınə və legionerlərin ev kirayəsini vermir. Belə halla ilk dəfə rastlaşan futbolçular artıq Sadıq Sadıqov və Tahir Süleymanovun qədrini bilməyə başlayıblar. Belə ki, Sadıq Sadıqovun zamanında keyf çəkən futbolçular indi az qala küçədə gecələsinlər.

 

SportArena.az olaraq, bu məsələlərə münasibət öyənmək üçün, "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovla əlaqə saxladıq:

 

"Neftçi"nin MŞ-nın sədri ilk çıxışlarında klubun gələcək planlarından danışdı. Eyni zamanda bildirdi ki, onlar yeni siyasət yürüdərək, "Neftçi"ni Avropa standartlarına uyğun bir klub edəcəklər. Bu yaxşı haldır. Çünki, "Neftçi" kimi bir klub həqiqətən də ən güclülər sırasında olmalıdır. Amma Avropa standartı deyilən bir ölçü vahidi yoxdur. Hər bir ölkənin futbola fərqli baxışı var. Yəni ki, Almaniyada klubları bir cür inkişaf etdirirlər, Fransada bir başqa cür. Belə açıqlamalarda "Neftçi" rəhbərliyi biraz ehtiyyatlı olmalıdırlar. Son illər Azərbaycan futboluna yeni gələn insanlar var. Onlar maksimum 5-6 ildir bu işdədirlər. Necə deyərlər futbolun 1-ci sinifindədirlər.

 

Hər bir futbolçu meydana çıxanda onun hər-hansı bir problemi olmamalıdır. Yəni ki, meydanda tam rahat olmalıdırlar. Bu baxımdan futbolçuların həyat və şəraitini normal vəziyyətə salmaq klubun öhdəsinə düşür. Bu gün "Neftçi" bu öhdəliyi öz üzərindən atırsa, bu yaxşı hal deyil və sonda pis nəticələrlə bitəcək.

 

Sonda onu da qeyd edim ki, Sadıq Sadıqovun dövründə "Neftçi"də savadlı və bacarıqlı kadrlar yetişdi. Mən inanıram ki, onlar "Neftçi" böyük köməklik göstərə bilərlər",

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti