“Real” zədəli futbolçusu Qaret Beyldən şad xəbər alıb.
SportArena.az xəbər verir ki, uelsli yarımmüdafiəçi artıq məşqlərə başlayıb. Aprelin 18-də “Malaqa” ilə qarşılaşmada sol dizindən zədə alan Beylin təxminən 2-3 həftə komandasına kömək etməyəcəyi bildirilirdi. Lakin 25 yaşlı oyunçu gözləniləndən də tez sağalıb və bu gün kollektivlə birgə məşqlərə qatılıb. Bu isə o deməkdi ki, Beyl Çempionlar Liqasının yarımfinal mərhələsində “Yuventus”la matçlarda iştirak edə biləcək.
Qeyd edək ki, “Real”ın “Yuventus”la oyunları mayın 5-də və 13-də keçiriləcək.