Hakan Şükürün başı dərddədi: Əfsanəvi futbolçu yenə məhkəmə qarşısında

10:53 1 May 2015

Türkiyə millisinin keçmiş futbolçusu Hakan Şükür yenə məhkəmə qarşısına çıxmalı olacaq.
 
 
SportArena.az xəbər verir ki, hakim Mətin Özçelik və Mustafa Başerə təzyiq etdikləri iddia olunan 20 deputat haqqında aparılan istintaqın görünməyən rətəfləri mətbuata sızıb. 

Şübhəli deputatlar arasında Türkiyə yığmasının sabiq hücumçusu Hakan Şükürün də adı var. Türkiyə mətbuatının yazdığına görə, "Mütəşəkkil şəkildə səlahiyyətli şəxslərə təzyiq" və "Təşkilat üzvü olmaq" iddiası ilə başlanan istintaqda kamera görüntülərinin sübut kimi olduğu iddia edilir. Şükür haqqında istintaq materiallarının Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.


Digər xəbərlər

Xəbər xətti