FOTO+VİDEO Məşəlin cənub yürüşü davam edir

11:32 1 May 2015

1-ci Avropa Oyunları məşəlinin cənub bölgəsinə səfəri davam edir. Xəzər dənizi və Talış dağları arasında yerləşən Lənkəran şəhərində 4,8 km-lik məsafəni qət edən alovu bu gün səhər saatlarında Lerik rayonunda qarşılayacaqlar. 

 

Günortadan sonra isə məşəl Astara rayonuna yürüş edəcək.

1-ci Avropa Oyunlarının məşəli ümumilikdə 42 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzəcək və açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. 

 

Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub. Oyunların rəmzi Bakıya gətirilənədək təxminən 5 500 km məsafə qət edəcək.


Digər xəbərlər

Xəbər xətti