ABŞ-da ŞOK: 4 uşaq anasını öldürən idmançıya 23 illik həbs

12:11 1 May 2015

ABŞ məhkəməsi NBA-nın keçmiş üzvü Cavaris Kritetton barədə 23 illik həbs qərarı çıxarıb.

 

SportArena.az xəbər verir ki, buna sabiq basketbolçunun 4 uşaq anası 22 yaşlı Culiyan Consu öldürməsi səbəb olub.Təqsirkar əməlini etiraf edib. Hadisə 2011-ci ildə Atlantada baş verib. Cinayətkar bandanın üzvlərindən olan Kritetton ondan pul oğurlamış rəqib bandanın üzvlərinə atəş açarkən Culiyanı nişan alıb. Culiyan hadisə yerindəcə keçinib.

 

27 yaşlı basketbolçu məhkəmə zalında cinayəti boynuna alaraq mərhumun ailəsindən üzr istəyib. Ancaq bu, onun işini yüngülləşdirməyib. Məhkəmənin hakimi basketbolçuya 23 illik həbs cəzası verib.

 

Qeyd edək ki, Kritetton 2007-ci ildən MBA klublarının şərəfini qoruyurdu. O, MBA-nın "Los Anceles Leykers", "Memfis Qrizzles" və "Vaşinqton Vizards" klublarıyla yanaşı, bir müddət Çin klublarının da şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti