Almaniyanın "Borussiya Dortmund" klubu "Arsenal", "Bavariya" və "Mançester Yunayted" kimi nəhənglərin maraq dairəsində olan türkiyəli futbolçusu İkay Gündoğan ilə yeni müqavilə imzalamamaq qərarı verib.
SportArena.az xəbər verir ki, bu barədə klubun rəsmi "twitter" səhifəsində məlumat verilib. İkayın yaxın zamanlarda hansısa kluba satılacağı gözlənilir.
Qeyd edək ki, futbolçunun klubla 2016-cı ilin iyununa qədər müqaviləsi var.