Norveçin 3-cü liqasında 2012-ci ildə keçirilmiş və şübhəli bilinən oyuna görə istintaqa cəlb olunan 5 futbolçudan 3-ü və bu işlərdə əli olan bir nəfər haqda həbs qərarı çıxarılıb.
SportArena.az xəbər verir ki, Norveçin 3-cü liqa klubları olan “Ostsiden Fredrikstad”la “Follo” arasında keçirilən oyunun nəticəsi şübhəli bilinərək araşdırmalara başlanmışdı. Nəticədə Oslo məhkəməsinin qərarı ilə oyunu “qumar”a qoymaqda şübhəli bilinən 5 futbolçudan 2-si bəraət alsa da, 3-ü 18 aylıq həbs cəzasından canını qurtara bilməyib. Üç futbolçu ilə yanaşı, bu işlərdə əli olan başqa birinə də 18 aylıq həbs cəzası verilib.
Futbolçuların oyunu “qumar”a qoymasından Norveç Futbol Federasiyasının rəsmiləri şübhələnmişdi. Nəticədə, onların şübhələrində haqlı çıxdığı məlum olub.komanda.az