Azərbaycan Premyer Liqasının bu gün keçirilən “Simurq” – “İnter” oyunundan əvvəl Zaqatala klubunun futbolçuları maaşlarının verilməməsinə etirazının bildiriblər.
SportArena.Az-ın azerisport.com saytına istinadən yaydığı xəbərə görə, onlar etirazlarını oturaq aksiya keçirməklə ifadə ediblər. Onlar matçın birinci dəqiqəsində bu addımı atıblar.
Xatırladaq ki, ciddi maliyyə problemi ilə üzləşən “Simurq” bu gün rəsmi şəkildə bəyan edib ki, futbolçulara olan borcu hətta mövsümün sonunda da ödənilməyəcək.
Klubun oyunçulara 2-3 aylıq borcu olduğu bildirilir.