Topaz Premyer Liqasının XXXII turu “İnter” üçün uğurlu alındı. “İnter” Zaqatalada “Simurq”u 3-2 hesabı ilə məğlub etdi.
Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “İlk hissədə çox dinamik oyunun şahidi olduq. Hər iki komandanın qapısı qarşısında qol vəziyyətləri olurdu. Bəzi epizodlarda müdafiəçilər səhvlər etdilər. Amma Səlahət Ağayev əla oyun sərgilədi. Oyundan tam razı deyiləm. Amma 3 xal qazanıb ehtiyatımızı zənginləşdirdik.Son zamanlar hər iki komandada problem var. Bir müddətdir ki, maaş almayan oyunçuların sərgilədiyi futbol isə alqışalayiqdir. Ümid edirəm ki, vəziyyət düzələcək”.