SON DƏQİQƏ: Eddi İsrafilovun baş məşqçisi qovuldu

22:24 1 May 2015

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Qranada" klubunun baş məşqçisi Abel Resino istefaya göndərilib.

 

SportArena.az xəbər verir ki, buna komandanın uğursuz çıxışı səbəb olub. Komandanın son turlardakı nəticələrindən narazı qalan rəhbərlik Resino ilə yollarını ayırmaq qərarına gəlib. "Qranada"nın yeni baş məşqçisinin kimliyinə yaxın vaxtlarda aydınlıq gələcək. 

Qeyd edək ki, "Qranada" La Liqada geridə qalan 34 turdan sonra 25 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti