Arif Əsədov: “Bəzi futbolçular dərk etmir ki, hansı klubun formasını daşıyırlar"

22:49 1 May 2015

Topaz Premyer Liqasının XXXII turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyunu heç-heçə başa çatdı – 2-2.



Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “İlk növbədə mən azarkeşlərdən üzr istəyirəm. “Neftçi” “Sumqayıt”ı məğlub etməlidir. Görünür, bəzi futbolçuların səviyyəsi “Neftçi”nin səviyyəsi ilə uzlaşmır. Bəzi futbolçular dərk etmir ki, hansı  klubun formasını daşıyırlar. Odur ki, islahatlar həyata keçirməyin vaxtı çatıb.  “Sumqayıt”ı təbrik edirəm, onlara gələn oyunlarda uğurlar arzu edirəm. Heyətdə problemlər var. Cinah müdafiəçiləri baxımından problemlərimiz mövcuddur. Məcburiyyətdən bir sıra oyunçuları özləri üçün yad olan mövqelərdə oynatdım. Mən özüm bilirəm ki, hansı futbolçular “Neftçi”yə layiqdir. Oyunçulara dedim ki, qarşıdakı oyunlar sizin üçün imtahandır. Oyunçular “Neftçi”də qalmağa layiq olduqlarını  sübut etməlidirlər”.


Digər xəbərlər

Xəbər xətti