“Sumqayıt”ın baş məşqçisi: “Son dəqiqələrdə qol buraxmağımız mənə pis təsir elədi"

22:51 1 May 2015

Topaz Premyer Liqasının XXXII turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyunu heç-heçə başa çatdı – 2-2.

 

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Son dəqiqələrdə qol buraxmağımız mənə pis təsir elədi. Ümumilikdə götürsək maraqlı, baxımlı oyun alındı. Məndən başqa heç kim bizim oyundan narazı qala bilməz.  Çatışmayan cəhət odur ki, qol imkanlarını tam dəyərləndirə bilmədik. Açığı, etdiyim əvəzetmələr uğurlu alınmadı. Meydançaya çıxan futbolçular gücümüzə güc qata bilmədilər”.


Digər xəbərlər

Xəbər xətti