Son günlər yayılan xəbərlərə görə, "İnter"də yaranmış problemlərə görə Coşqun Diniyev başqa kluba keçir.
SportArena.az olaraq, gənc futbolçunun atası ilə əlaqə saxlayıb, fikirlərini öyrəndik. Təcrübəli çalışdırıcı Şahin Diniyevin dediklərini sizə təqdim edirik:
"Oğlumun başqa kluba gedəcyini kim deyir? Belə bir şey yoxdur. Coşqun hələ ki, "İnter"in futbolçusudur. Son sözü də onlar deyəcək. Əgər komanda qalacaqsa, oğlumda orda çıxış edəcək. Maliyyə problemləri isə Coşqunun başqa kluba keçməsinə təsir edə bilməz".
Cavid ƏHMƏDOĞLU