"İnter"də yaranan problemlərə görə, burada çıxış edən futbolçular artıq özlərinə klub tapmağa başlayıblar.
SportArena.az xəbər verir ki. paytaxt klubunu tərk edəcək yarımmüdafiəçilərdən biri də Əfran İsmayılovdur. Belə ki, hələ "Xəzər Lənkəran"da çıxış edən zaman "Neftçi"nin trasfer siyahısına düşən Əfranın yeni mövsümdən "ağ-qaraların" formasnda meydana çıxacağı gözlənilir.