İbrahim Uzunca: “Qələbəyə ehtiyacımız vardı

19:55 2 May 2015

Topaz Premyer Liqasının XXXII turu “Bakı” üçün uğurlu alındı. Paytaxt klubu “Xəzər Lənkəran”ı 2-1 hesabı ilə məğlub etdi.



İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Qələbəyə ehtiyacımız vardı. Ardıcıl oyunlarda uğursuzluğa düçar olurduq. Amma biz komandaya, futbolçulara inandıq. Çətin oyunlardan sonra futbolçularımın nə vaxtsa qələbə qazanacağı gözlənilən idi. Xüsusən də, son 3 oyunda sərgilədiyimiz futbolla uğura çatacağımıza inanırdım. Meydançada 10 nəfər qalandan sonra müəyyən mənada çətinliklərimiz oldu. Amma sonda qalib gələ bildik. Qələbəyə görə oyunçularıma təşəkkür edirəm”.


Digər xəbərlər

Xəbər xətti