“Qəbələ”nin baş məşqçisi: “Bu gün çox gözəl sözlər söyləmək istəyirəm"

22:33 2 May 2015

Topaz Premyer Liqasının XXXII turunun mərkəzi oyununda “Qəbələ” “Qarabağ”ı qəbul etdi. Oyun 1-1 hesablı heç-heçə ilə başa çatdı.

 

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Bu gün çox gözəl sözlər söyləmək istəyirəm. Mən gözəl oyun nümayiş etdirən futbolçularımla fəxr edirəm. Həftə ərzində futbolçularımın matça necə hazırlaşdığını görüb qürur duyurdum. Gərgin işin yekununda biz bu gün məğlub olmadıq. Mən bu gün hakimlikdən narazı qalmadım. Hakimlər oyunu yaxşı və peşəkar səviyyədə idarə etdilər”.

 


Digər xəbərlər

Xəbər xətti