Bu gün baş tutan "Bakı" - "Xəzər Lənkəran" oyununda xoşagəlməz baş verib.
SportArena.az xəbər verir ki, tribunada olan azarkeş matç zamanı cənubluların gənc futbolçusu Kamran Abdullazadənin ünvanına xoşagəlməz ifadələr işlədib. Məsələ haqqında fikirlərini öyrənmək üçün Abdullazadə ilə danışdıq:
"Bir oyun epizodunda azarkeşlərdən biri məni təhqir etdi, məndə ona bildirdim ki, oyundu, alınmadı. Məncə, futbolçuya söyüş söymək düzgün hal deyil. Futbolçu meydanda yaxşı da oynaya bilər, səhv də edə bilər. Buna görə kimisə təhqir etmək olmaz".
Cavid ƏHMƏDOĞLU