Azərbaycan Premyer Liqasının 32-ci turunda "Qəbələ" ilə matçda bir xal qazanan "Qarabağ" çempionluğa bir addım da yaxınlaşdı.
SportArena.az olaraq, oyundan sonra "Qarabağ"ın futbolçusu Rəşad Sadıqovla əlaqə saxlayıb, fikirlərini öyrəndik:
"Burdan bir xalla döncəyimizi gözləmirdim. "Qəbələ" bu mövsüm çox maraqlı oyun nümayiş etdirir. Məncə, Qəbələdə bir xal qazanmaq heç də pis nəticə deyil. Matçı qələbə ilə də başa vura bilərdik. Amma gördüyünüz kimi, qol buraxandan sonra rəqib təziqi artıqdı ki, bu da sonda onların qol vurması ilə nəticələndi. İndi "Xəzər Lənkəran"la oyun haqqında düşünürük. Məqsədimiz lənkəranlıları məğlub etməkdir".
Cavid ƏHMƏDOĞLU