Xəbər verdiyimiz kimi, Premyer Liqanın son turunda "Qəbələ" "Qarabağ"la brabərə qaldı.
SportArena.az olaraq, “Qarabağ”ın futbolçusu Qara Qarayevlə əlaqə saxlayıb, “Qəbələ” ilə baş tutan matç haqqında fikirlərini öyrəndik:
"Komandamız hər bir rəqibə qarşı çıxış edəndə ancaq qələbə haqqında düşünür. Qəbələyə də 3 xal üçün gəlmişdik, amma son anlarda qələbəni əldən verdik. "Qəbələ" komandası son turlardakı nəticələrlə güclü olduğunu sübut edir. Onlar bizi yaxşı analiz etmişdilər. Məncə, 1 xal elə də pis nəticə deyil. Artıq bu oyunu unudub, qarşıdakı oyunlarda nəticə aldə etmək üçün çalışmalıyıq".