Çingiz Abdullayev: "Adam gərək birinci öz cibini fikirləşməsin"

11:32 3 May 2015

"Adam gərək birinci növbədə öz cibini fikirləşməsin”. SportArena.az xəbər verir ki, bu sözləri I Avropa Oyunları ilə bağlı danışan xalq yazıçısı Çingiz Abdullayev deyib.

 

Axar.az-a danışan "Neftçi"nin Müşahidə Şurasının sədri bunları deyib: "Azərbaycanın təbliğatı, mövqeyini dünyaya tanıtmaq üçün Avropa oyunlarının ölkəmizdə keçirilməsi çox vacibdi. Adımızı, mədəniyyətimizi, tariximizi dünyaya daha da tanıtmaq üçün bundan yaxşı fürsət ola bilməz. Bu oyunlar bizə çox lazımdı. Düzdü, bəzi adamlar bunun əhəmiyyətini başa düşmürlər, narazılıq edirlər, ya da başa düşürlər, qəsdən deyirlər ki, keçirmək lazım deyil. Amma adam gərək birinci növbədə öz qarnını, cibini fikirləşməsin, xalqını fikirləşsin".


Digər xəbərlər

Xəbər xətti