Premyer Liqanın XXXII turunda "Bakı” klubuna səfərdə 1:2 hesabı ilə məğlub olan "Xəzər Lənkəran” sərbəst buraxılıb.
SportArena.az xəbər verir ki, komanda bir gün istirahət edəcək. Mayın 4-də saat 17:00-da doğma şəhərdə toplanacaq komanda çempionatın növbəti turu üçün hazırlıqlara başlayacaq. Qeyd edək ki, "Xəzər Lənkəran” Premyer Liqanın XXXIII turu çərçivəsində may ayının 8-də "Fırtınalar meydanı”nda "Qarabağ” klubunu qəbul edəcək. (12cioyuncu.info)