Premyer Liqanın 33-cü turunda səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq “Qarabağ” bu oyuna ciddi itki ilə çıxacaq.
SportArena.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Ansi Aqolli sarı vərəqə limitini doldurduğu üçün bu vacib qarşılaşmanı buraxmalı olacaq.
Qeyd edək ki, albaniyalı müdafiəçi ötən tur “Qəbələ” ilə oyunda cəzalı duruma düşüb.