Türkiyə millisinin sabiq üzvü Halil Altıntop çıxış etdiyi “Auqsburq” klubu ilə yeni müqavilə imzalayıb.
SportArena.az xəbər verir ki, 32 yaşlı hücumçu daha iki il Almaniya klubunun şərəfini qoruyacaq.
2013-cü ildən “Trabzonspor”dan “Auqsburq”a transfer olunan Altıntop bu mövsüm çıxdığı 28 oyunda üç qol vurub.