Azərbaycan Velosiped İdmanı Federasiyası, Ədliyyə Nazirliyi və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında velosiped yürüşü təşkil olunub.
SportArena.az xəbər verir ki, verir ki, yürüşdə 100-dən artıq peşəkar və həvəskar velosipedçi iştirak edib.
Tədbir Dövlət Bayrağı Meydanından start götürməklə Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.