İstanbulda gərginlik: “Trabzonspor” fanatları sevimli komandasına hücum çəkdi

10:49 4 May 2015

Türkiyə Spor Toto super liqasının 29-cu həftəsində keçirilən “Beşiktaş” – “Trabzonspor” qarşılaşmasından sonra gərginlik baş verib.



SportArena.az xəbər verir ki, Trabzon şəhərində baş tutan qarşılaşmanın başa çatmasından sonra nəticə yerli azarkeşləri hiddətləndirib. 

Matç boyu əsəblərini çətinliklə cilovlayan trabzonlular qarşılaşmadan sonra sevimli komandalarına hücum çəkiblər. 

Stadionun VİP çıxışının qarşısında futbolçuların çıxmasını gözləyən azarkeş qrupunu polis dağıtmağa çalışıb.  Bu vaxt tərəflər arasında gərginlik baş verib. İnsident zamanı halı pisləşən azarkeş xəstəxanaya çatdırılıb. 

Qeyd edək ki, qarşılaşma “Beşiktaş”ın 2-0 hesablı qalibiyyəti ilə baş çatıb.


Digər xəbərlər

Xəbər xətti