"Neftçi"nin keçmiş prezidenti: "Orada belə haqsızlıq etmək olmaz"

12:23 4 May 2015

Son zamanlar "Neftçi"də baş verən hadisələr hər bir futbolsevərin diqqətini bu kluba cəlb edib.

 

SportArena.az olaraq, "Neftçi"nin keçmiş prezidenti Sadıq Sadıqovla əlaqə saxlayıb, klubda başverənlərə münasibətini öyrəndik:

 

"Futbolçu psixologiyası biraz fərqlidir. Yəni onlarla işləmək insanda bacarıq tələb edir. Bu gün "Neftçi" çempionluqdan uzaq düşüb. Məncə, bunda əsas səbəb futbolçularda olan ruhsuzluqdur. Bizim vaxtımızda komanda tam olaraq yığılmışdı və demək olar ki, komanda tarixinin ən güclü dövrünü yaşadı. Amma bu gün biraz zəifləyib "Neftçi". İndi kubok matçına çıxacaqlar. İnanıram ki, komandamız orada qalib gələrək kuboku qazanacaq.

Mən inanmırm ki, xalqın yazıçısı, xalqın içindən çıxab bir insan hansısa xadiməni və ya sadə təhlükəsizlik işçisini səbəbsiz işdən çıxartsın. Mən "Neftçi"dən gedəndə bəzi əməkdaşlarımız da mənimlə bərabər ərizələrini yazıb "Neftçi"dən getdilər, bəziləri də işində davam etdi. Mediada yayılan xəbərlərə görə Mühafizə xidmətinin rəhbərini işdən çıxarıblar. Amma zorla kimisə işdən çıxarmaq olmaz. Qayda var, qanun var. Hər kəs də bilir "Neftçi"nin sponsoru kimdir. Orada belə haqsızlıq etmək olmaz. Hələ mən işdən çıxarılanlarla söhbt etməmişəm, amma məlumatıma görə onlar özləri ərizə yazıb çıxıblar. Mətbuat yazır ki, guya mənim kadrların işdən çıxarılır. Amma bu önəmli deyil ki, işçi hansı prezidentin dönəmində "Neftçi"yə gəlib. Önəmli olan "Neftçi"nin uğurlar qazanmasıdır. Bu gün Çingiz Abdullayevdir, dünən mən idim və sabah tamam başqası olacaq. Ona görə də bu önəmli bir şey deyil. Mən bu gün də "Neftçi"nin yanındayam və onları hər zaman dəstəkləyirəm".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti