İngiltərənin reqbi üzrə 3-lü liqasında çıxış edən "Kitli Kuqars"ın üzvü Denni Consun oyun vaxtı ürəyi tutub.
SportArena.az xəbər verir ki, 29 yaşlı reqbiçi təcili xəstəxanaya aparılıb. Buna baxmayaraq, Consu xilas etmək mümkün olmayıb. Matç isə 16 oynanılmış dəqiqədən sonra dayandırılıb.
Qeyd edək ki, Denni Cons Uels yığmasının üzvü idi.