Riannon Konnelli adlı azarkeş "Guarana" şirkətinin keçirdiyi müsabiqədə qalib olub.
Müsabiqənin şərtlərinə əsasən, 16 yaşlı xanım ya 10 000 dollar mükafatı seçməli, ya da "Barselona"nın forvardı Neymarla görüşməli idi. Metbuat.az-ın məlumatına görə Riannon ikinci şərtə üstünlük verərək fanatı olduğu ulduz futbolçu ilə bir araya gəlib.
Görüş zamanı ortaya maraqlı görüntülər çıxıb.