"Neftçi"də yeni təyinatlar: Abdullayev "Neftçi"yə polkovnik gətirdi

17:53 4 May 2015

"Neftçi" Futbol Klubunun mühafizə xidmətinin yeni rəisi müəyyənləşib.



SportArena.Az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev məlumat verib.

Onun sözlərinə görə, yeni rəis Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən 2003-cü ilin oktyabrında ehtiyata buraxılmış polkovnik Hamlet İsmayılovdur.

Müşahidə Şurasının sədri daha 3 təyinatın reallaşdığını deyib. Hüquqşünas vəzifəsinə Rauf Mövsümov təyin olunub. Ç.Abdullayev yeni hüquqşünasın 30 ildən artıq prokurorluqda çalışdığını bildirib. Qarabağ müharibələrinin iştirakçısı olmuş 2 nəfər isə klubda sürücü vəzifəsində çalışacaq.

Qeyd edək ki, daha öncə Vəli Qasımov idman direktoru, Dmitri Kramarenko qapıçı hazırlığı üzrə məşqçi, Mübariz Xudiyev isə idman direktorunun müavini vəzifəsinə təyinat alıb.


Digər xəbərlər

Xəbər xətti